Tokayev İsrailin Dohadakı hərbi əməliyyatını pisləyib

Tokayev İsrailin Dohadakı hərbi əməliyyatını pisləyib backend

Prezident Kasım-Jomart Tokayev İsrailin Qətərin paytaxtı Dohada keçirdiyi hərbi əməliyyatı pisləyib.

Qaziler.az bildirir ki, bu barədə Akorda xəbər verir. 

"Bu hərəkətlərin arxasında hansı motivlərin  dayanmasından asılı olmayaraq, onlar Qətər dövlətinin suveren hüquqlarını açıq şəkildə pozduğundan və beynəlxalq hüququn prinsiplərinə zidd olduğu üçün qəbuledilməzdir", - məlumatda deyilir.

Qeyd edək ki, yayılan məlumata görə, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hücumu nəticəsində hərəkatın 6 yüksək rütbəli rəsmisi ölüb. 

Digər təfərrüatlar açıqlanmayıb.

QAZİLER.AZ