Rusiya işğalçıları Donetsk vilayətinin Yarovaya qəsəbəsində dinc ukraynalıların üzərinə hava bombası atıblar. Hücumdan sonrakı ilk dəqiqələrin görüntüləri ortaya çıxıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk vilayəti polisinin Facebook-na istinadən məlumat yayıb.
Polisin qeyd etdiyi kimi, hazırda Yarovayaya zərbələr nəticəsində həlak olan 20 nəfərin, o cümlədən 15-i qadın (54-79 yaş) və 9-u kişi (53-87 yaş) müəyyən edilib. Daha dörd nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Zərərçəkənlər Slavyansk, Kramatorsk və Liman xəstəxanalarına yerləşdirilib. Yarovayadan təxliyə davam edir.
QAZİLER.AZ