Türkiyənin Osmaniye bögəsinin Sumbas rayonunda meşə yanğını baş verib. Hava və quru qrupları onu söndürmək üçün səylərini davam etdirir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Əlibəyli kəndinin Qarahocalar yaxınlığındakı meşəlik ərazidə hələ naməlum səbəbdən baş verən yanğın qısa zamanda yayılıb.
Yaxınlıqdakı sakinlərin xəbərlərindən sonra əraziyə Meşə Təsərrüfatı Müdirliyi və yanğınsöndürənlər göndərilib.
Qruplar su maşını, yanğınsöndürən təyyarə və helikopterlə yanğına müdaxilə edir.
QAZİLER.AZ
