Nijni Novqorod vilayətinin Sarov şəhərində Ukraynada gedən müharibənin iştirakçısının məzarı təhqir edilib.
Qaziler.az bildirir ki, Ni Mash Telegram kanalı müvafiq görüntüləri dərc edib. Məzarı təhqir edənlər abidə tikilənə qədər quraşdırılan müvəqqəti taxta xaç üzərində çoxsaylı oxunmayan yazılar qoyublar.
Ölən əsgərin yaxınlarının verdiyi məlumata görə, vandallar məzarın üstündəki bayrağı qoparıb, həmçinin məzarı yandırmağa cəhd ediblər.
Artıq hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ