Kiyevdə güclü yağışdan sonra su "dizə çıxdı" - VİDEO

Kiyevdə güclü yağışdan sonra su "dizə çıxdı" - VİDEO backend

Kiyevdə bu gün, sentyabrın 8-də güclü leysandan sonra küçələri sözün əsl mənasında su basıb. Bəzi yerlərdə suyun səviyyəsi kritik dərəcədə yüksəkdir.

Bu barədə RBC-Ukrayna Kiyev Şəhər Dövlət Administrasiyasına istinadən  məlumat yayıb.

Kiyev Şəhər Dövlət Administrasiyası su basmış yolun videosunu dərc edib və Telegram kanalları bəzi yerlərdə küçələrdə suyun insanların dizlərinə çatdığı görüntüləri nümayiş etdirib. Bəzi dayanacaqlarda avtomobillər yarıya qədər suya batıb.

“Göy gurultulu leysan zamanı reklam lövhələrinin, elektrik xətlərinin, iri ağacların yanında olmamaq və onların yanında avtomobili saxlamamaq lazımdır”, - deyə idarədən əlavə ediblər.

QAZİLER.AZ