Artıq bir neçə gündür ki, dünya mətbuatı Rusiya ilə Türkiyə arasında dövr edən təyyarə böhranından danışır. Qaziler.az saytı Avropa.infoya istinadən xəbər verir ki, Rusiyanın tanınmış tarixçisi, politoloqu tarix elmləri doktoru Andrey Zubov da məsələyə özünəməxsus tərzdə münasibət bildirib.
A. Zubovun məsələylə bağlı açıqlamasını olduğu kimi sizə təqdim edirik:"Dünən mənim dostumun evinə yaxınlığında, Türkiyə səfirliyini qarşısına Rusiya təyyarəsini vurulmasına etiraz edən insanlar toplaşmışdı. Qışqırıqlar eşidilirdi: “Türkiyəyə gedən vətənpərvər deyil”, “Türkiyə İŞİD-in müttəfiqidir”, “Bizim bir təyyarəmizə 10 türk” və s. Yenə də Georgi lenti paylanırdı. Bu aydındır, ilk növbədə təyyarənin vurulması və pilotlardan birinin ölməsinə ilk emosional reaksiya idi. Allaha şükür ki, biz ikincinin sağ olduğunu bilirik. Ancaq “aydın olan” hələ “düz olan” demək deyil. Amma hisləri ağılla idarə etsəydilər o zaman Türkiyə səfirliyinin qarşısına yox, Köhnə meydana getməli idilər.
Hansı ki, bolşeviklər oranı özününküləşdirmişdilər, sonra isə Rusiya prezidentləri öz administrasiyalarına çevirdilər. Köhnə meydana getmək lazım idi, ona görə ki, bizim əsgərlər türklər və ya suriyalıların günahı ucbatından ölmür. Rusiyanı sonu nəzərə almadan növbəti beynəlxalq təxribata sürükləyən Kremlin günahı ucbatından ölür. Həqiqətdə nə baş verdi? Putin bəyan etdi ki, Rusiya terrorizmə qarşı mübarizə aparır və öz ordusunu Suriyaya göndərdi. Əslində isə Putin Bəşər Əsədin hakimiyyətinin saxlanılması uğrunda onun bütün düşmənlərinə qarşı mübarizə aparır. Əsədin hakimiyyətinə isə ölkə əhalisinin minimum 80 faizi və Suriyanı əhatə edən bütün sünni ölkələri qarşıdır. Beləliklə cənab Putin öz düşünülməmiş addımı ilə Suriya xalqının böyük əksəriyyətinin, Ərəb Ölkələri Liqasının və Türkiyə ilə münasibətlərin korlanmasına gətirib çıxarıb.
Əsədin müttəfiqləri İran, Livan hərəkatı olan Hizbullah, İraqın müəyyən şiə əhalisidir. Bu kampaniyaya indi Rusiya da qoşuldu. Osmanlı imperiyasının keçmiş mərkəzi kimi Türkiyə üçün onun keçmiş təsir dairəsinə mənsub olan əyalətlərə kimin gəlməsi heç də əhəmiyyətsiz deyil. Xüsusilə də Suriyada. Suriya ilə sərhəd sanki Ukrayna Donbasının Rusiya üçün əhəmiyyətli olduğu qədər əhəmiyyətlidir. Bir an təsəvvür edək ki, Poroşenko Ərdoğandan Donetskdə olan separatçılara qarşı mübarizədə kömək istəyib. Çerkasda türk bazası yaradıb və oradan Donestk və Luqanskı vurur. Bu Putinin xoşuna gələrdimi və nəticəsi necə olardı?
Türklər çox dözümlüdür. Onlar 2 ay Rusiyadan xahiş etdilər ki, İŞİD-lə mübarizə aparsın, sünni müxalifətinin olduğu əraziləri bombalamasın. Orda türkmənlər var, Suriya türkləri olan bu insanlar ənənəvi olaraq Türkiyə tərəfindən dəstəklənir. Ancaq Əsəd Türkiyəyə də, suriyalı türkmənlərə də nifrət edir. Putin isə Ərdoğana yox, Əsədə qulaq asdı. Prezidentlər arasında son görüş bir neçə gün əvvəl Antalyada keçirildi. Ancaq rus təyyarələri bombalamaqda davam etdi. Rus təyyarələri Laziqiyyədəki türkmən kəndlərini bombaladı. Bu da nəticəsi. Türklər təyyarəni vurdular.
Neçə müddətdir ki, qohumları öldürülən yerli əhali də rus pilotu öldürdü. Kimdir günahkar? Günah Suriya ilə sərhədi olan Türkiyədə deyil, günah bütün maraqlı ölkələrlə razılaşdırmadan orada riskli oyun aparan Rusiyadadır. Türklər istəmir ki, onların soydaşları Suriyada Rusiya güllələrindən ölsün, Türkiyədə suriyalı qaçqınların sayı artsın.
Ancaq Rusiya niyə Türkiyə ilə görüşə getmir- bu düyündür. Təxribata görə cavab isə bizimkilərin ölümüdür. İndi nə etmək lazımdır? Başlıcası odur ki, türkləri, yaxud türkmənləri cəzalandırmaq lazım deyil. Onları başa düşmək lazımdır. Əgər Rusiya bunu düşünməsə özünü antiterror koalisiyasından tamamilə uzaqlaşdıracaq və Əsədin müttəfiqi olacaq."