Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda meşədə yanğın baş verib. Yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün havadan və yerdən çalışırlar.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, dünən axşam saatlarında Öveç kəndində meşədə baş verən yanğın bəzi nöqtələrdə yanmaqda davam edir.
Meşə Əməliyyat Müdirliyi, rayon jandarma komandanlığı, AFAD, rayon sağlamlıq müdirliyi, xüsusi idarə, yanğınsöndürənlər, təhlükəsizlik işçiləri və vətəndaşlar yanğının söndürülməsi üçün çalışır.
Elazığdan gələn yanğınsöndürmə helikopteri də səylərə dəstək verir.
QAZİLER.AZ