4 oktyabr ümumxalq etirazı günüdür - diktatura rejiminə son qoyulmalı və Konstitusiyaya uyğun olaraq xalq hakimiyyəti öz əlinə almalıdır.
Qaziler.az bildirir ki, bu barədə "quziya-onlayn"-a istinadənu sözləri “Milli Hərəkat”ın liderlərindən biri Levan Bejaşvili deyib.
Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” bütün tərəfdarlarını və partiya üzvlərini oktyabrın 4-də keçiriləcək etiraz aksiyasında iştirak etməyə çağırır.
“Oktyabrın 4-ü gürcü xalqının küçələrə çıxaraq İvanişvilinin formalaşdırdığı diktatura rejiminə münasibət bildirəcəyi ümumxalq etirazı günüdür. Məsələ burasındadır ki, bu ölkədə artıq parlament, qanunlar, məhkəmələr, partiyalar, ictimai təşkilatlar ləğv olunmur və əslində demokratiyanın bütün əlamətləri aradan qaldırılıb. Camaatın küçələrə çıxmaqdan başqa çarəsi yoxdur. 4 oktyabr qondarma seçkilərdən və Rusiyanın xüsusi əməliyyatından sonra xalqın küçələrə çıxaraq diktatura rejiminə münasibətini bildirəcəyi tarixdir,..Təbii ki, ölkədə qanun olmayanda, qanunauyğunluq olmayanda xalqın öhdəliyi və hüququ var ki, çıxıb etirazını qeyd etsin. Oktyabrın 4-də diktatura rejiminə son qoyulmalıdır. Gürcü xalqı diktatura rejiminə layiq deyil!" - siyasətçi deyib.
QAZİLER.AZ