Şanlıurfada işçiləri daşıyan mikroavtobus avtomobillə toqquşub: 15 yaralı

Şanlıurfada işçiləri daşıyan mikroavtobus avtomobillə toqquşub:  15 yaralı backend

Türkiyənin Şanlıurfa bölgəsinin Hilvan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ovacık kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus avtomobillə toqquşub.

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda tibb, xilasetmə və jandarma qrupları gəlib.

Qəza nəticəsində 11-i qadın olmaqla 15 nəfər xəsarət alıb və təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

QAZİLER.AZ