Rusiya payızda Ukraynanın hansı bölgələrinə daha çox təzyiq edəcək? - ISW-nin ehtimalı

Rusiya payızda Ukraynanın hansı bölgələrinə daha çox təzyiq edəcək? - ISW-nin ehtimalı backend

Payızda Rusiya yenidən Pokrovsk və Konstantinovkanı tutmağa çalışacaq, lakin hücumun tempi zəif olaraq qalır.

Bu barədə RBC-Ukraynanın “Rusiyanın payız hücumu: ruslar hara zərbə endirəcək və Ukrayna üçün hansı təhlükələr var” məqaləsində deyilir.

ISW-nin hesablamalarına görə, payızda Rusiya üçün əsas istiqamət Donetsk bölgəsi olaraq qalacaq. Əsas diqqət Pokrovsk və Konstantinovkanın ələ keçirilməsi cəhdlərinə, həmçinin Slavyansk, Drujkovka və Kramatorsk ərazilərində Ukraynanın “istehkam kəməri”nə qarşı döyüşlərə hazırlıqlara yönəldiləcək.

Məlumatda deyilir ki, Rusiya komandanlığı əvvəllər Sumı vilayətinin şimalında və Xerson istiqamətində yerləşən  dəniz piyadaları və hava-desant qoşunlarını  Donetsk vilayətinə köçürür.