Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - VİDEO

Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - VİDEO backend

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığı barədə məlumat yayıb.

Apa xəbər verir ki, məlumatda Stavropol diyarında saxlanılan Azərbaycan vətəndaşının guya “Rusiya Federasiyası ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulduğu”, “tapşırıqla təxribat və terror aktları törətmək üçün nəzərdə tutulan bir sıra obyektlərin, xüsusən də Yessentuki və Stavropol şəhərindəki hüquq-mühafizə orqanlarının inzibati binalarının və nəqliyyat infrastrukturunun ətraflı araşdırılmasını həyata keçirdiyi” iddia olunur.

Qaziler.az bununla bağlı Rusiya mətbuatının yaydığı videogörüntünü təqdim edir: