Rusiya prezidenti Vladimir Putin Tacikistanın lideri Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Müvafiq bəyanat sentyabrın 8-də Tacikistan prezidentinin rəsmi saytında dərc olunub.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
"Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Rusiya-Tacikistan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir", - təbrikdə deyilir.
Bundan əlavə, Rusiya lideri Tacikistanın sosial və iqtisadi sahədə uğurlarını qeyd edib və Rusiya Federasiyası ilə Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafı və möhkəmlənməsinə ümid etdiyini bildirib.
"Hörmətli Emoməli Şərifoviç, sizə möhkəm cansağlığı və uğurlar, bütün Tacikistan vətəndaşlarına sülh və rifah arzulayıram", - Putin vurğulayıb.
QAZİLER.AZ