"Moskva-Siti"nin ərazisində yanğın baş verib
Sentyabrın 5-də günorta saatlarında "Moskva-Siti" kompleksinin ərazisində güclü yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə Baza Telegram kanalı yazır.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın tikinti sahəsinə yayılıb. Hələlik hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yoxdur.
Yayımlanan görüntülərdə hündürmərtəbəli binaları qara tüstü bürüyür. Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur. "Yandex.Maps" servisinin məlumatına görə, "Moskva-Siti" yaxınlığında nəqliyyatın hərəkəti çətindir.
QAZİLER.AZ