Rusiyalı aktrisa Domodedovo hava limanında narkotiklə saxlanılıb

Rusiyalı aktrisa Domodedovo hava limanında narkotiklə saxlanılıb backend

“Buz” filminin ulduzu Aqlaya Tarasova hava limanında saxlanılıb. Aktrisanın üzərində həşiş yağı ilə vap tapılıb

Məşhur rusiyalı aktrisa Aqlaya Tarasovada narkotik aşkarlanıb. Aktrisa bu yaxınlarda Təl-Əvivdən Moskvanın Domodedovo hava limanına gəlib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru xəbər verir.

Tarasovaya qarşı iş artıq məlumdur - söhbət narkotik qaçaqmalçılığından gedir.

“İnternı” serialının ulduzundan həşiş yağı ilə vapin müsadirə edilib.

Mash qeyd edir ki, onun yanında 0,4 qram çətənə yağı olub - bu, əhəmiyyətli doza hesab olunur.

QAZİLER.AZ