Ukraynalılar Polşada hücuma məruz qalıblar

Ukraynalılar Polşada hücuma məruz qalıblar backend

Varşavada 3 nəfər mağazanın yaxınlığında bir qrup ukraynalıya hücum edib. Polis, motivin məhz qurbanların milliyyəti olduğunu təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə “Raport Warszawski” məlumat yayıb.

Mağazanın yaxınlığında naməlum şəxslər bir qrup ukraynalı gəncə hücum ediblər.

Hücum edənlər təhqirlərlə kifayətlənməyiblər - onlardan üçü əcnəbiləri vəhşicəsinə döyüblər. Zərərçəkənləri müşayiət edən qadın polisə zəng edərək bütün hadisəni telefonuna lentə alıb.

Biyalolenkadan olan istintaq qrupunun üzvləri hadisə yerinə gəliblər. Onlara sübutlar təqdim edilib, şahidləri dindirilib və cinayətkarların təsvirlərini tərtib ediblər.

Zərərçəkənlərdən birinin aldığı xəsarətlərlə əlaqədar təcili yardım çağırılıb.

"Polis dərhal hücum edənləri müəyyənləşdirmək və saxlamaq üçün əməliyyatlara başladı", - baş nəzarətçi Paulina Onişko deyib.

QAZİLER.AZ