Putin Moskvanı Ukrayna ilə nizamlanma üzrə danışıqlar üçün ən yaxşı yer adlandırıb
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, münaqişənin həlli üzrə Ukrayna ilə danışıqlar üçün ən yaxşı yer Moskvadır.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bunu Kremlin Teleqram kanalında yayımlanan Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında deyib.
"Növbəti dəfə kimsə həqiqətən bizimlə görüşmək istəsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı, qəhrəman şəhər Moskvadır", - Putin bildirib.
QAZİLER.AZ