Putin Zelenski ilə görüşdə “ məna görmür”: "Razılığa gəlmək mümkün deyil" - VİDEO

Putin Zelenski ilə görüşdə “ məna görmür”:  "Razılığa gəlmək mümkün deyil" - VİDEO backend

Rusiya prezidenti Vladimir Putin ən yüksək səviyyədə təmaslara (prezident Vladimir Zelenski ilə görüşlərə) hazır olduğunu iddia edir. Eyni zamanda o, belə bir görüşdə “çox məna görmür” deyə bildirir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna onun Şərq İqtisadi Forumunda çıxışının yayımına istinadən xəbər verir.

"Ukrayna Rusiya Federasiyası ilə təmasların olmasını xahiş edir, mən bu təmaslara hazıram, lakin bunda çox məna görmürəm, Ukrayna ilə razılığa gəlmək mümkün olmayacaq", - Kreml rəhbəri bildirib.

Eyni zamanda o, hələ də görüşə “hazır” olduğunu və Ukrayna nümayəndələrinin Rusiyaya gələcəyi təqdirdə bunu “təmin etməyə” hazır olduğunu bildirib.

QAZİLER.AZ