“Ukrayna Rusiya Federasiyası ilə təmaslar tələb edir, mən bu təmaslara hazıram, amma mən bunun mənasını görmürəm, razılığa gəlmək mümkün olmayacaq”.
Apa xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Ukraynada hər hansı xarici qoşun peyda olarsa, onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq, əgər uzunmüddətli sülh razılaşmaları əldə olunarsa, onlara (xarici qoşunlara-red) ehtiyac qalmayacaq.
Hələlik heç kim Rusiya ilə təhlükəsizlik zəmanətlərini ciddi səviyyədə müzakirə etməyib. Onlar həm Rusiya Federasiyası, həm də Ukrayna üçün mövcud olmalıdır.
Rusiya Ukrayna ilə bağlı sülh razılaşmalarına onlar əldə edildikdə tam riayət edəcək. Əgər Ukrayna tərəfdən kimsə həqiqətən də görüşmək istəyirsə, biz hazırıq, bunun üçün ən yaxşı yer qəhrəman şəhər Moskvadır", - Putin vurğulayıb.
Putin qeyd edib ki, Kiyev bu yaxınlara Rusiya ilə təmasların mümkünlüyünü istisna edib, indi isə belə təmasların olmasını xahiş edir.
Onun sözlərinə görə, Ukraynanın NATO-da iştirakı birbaşa Rusiyanın təhlükəsizlik sahəsində maraqlarına aiddir:
" Ukrayna konstitusiyasına görə, ərazilərlə bağlı razılaşmalar referendumla təsdiqlənməlidir, lakin bunun üçün hərbi vəziyyət ləğv edilməlidir. Rusiya heç vaxt Ukraynanın Avropa istiqamətində inteqrasiya təşəbbüslərinə etiraz etməyib.
Yanukoviç Ukraynanın Aİ-yə üzvlüyündən imtina etməyib, lakin məqbul şərtlərlə buna nail olmaq istəyib. O, Ukraynanın Aİ-yə daxil olmasının iqtisadi nəticələrini biləndə göz yaşları töküb".
Putin Ukraynanın Aİ-yə daxil olmaq istəyini qanuni seçim adlandırıb.