Türkiyədə fabrikdə yanğın baş verib

Türkiyədə fabrikdə yanğın baş verib backend

Niğdedə qablaşdırma fabrikində yanğın baş verib

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Niğde Mütəşəkkil Sənaye Bölgəsində (OSB) fəaliyyət göstərən qablaşdırma fabrikində yanğın baş verib.

Niğde Mütəşəkkil Sənaye Bölgəsində 3-cü küçədə yerləşən qablaşdırma fabrikində naməlum səbəbdən yanğın baş verib.

Məlumatdan sonra əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib.

Əraziyə polis qrupları hərəkətə keçib, yanğınsöndürənlər yanğınla mübarizəni davam etdirir.

QAZİLER.AZ