Müxtəlif cinayətlərə görə axtarışda olan 9 nəfər Türkiyədən Özbəkistana deportasiya edilib

Müxtəlif cinayətlərə görə axtarışda olan 9  nəfər Türkiyədən Özbəkistana deportasiya edilib backend

Ədalətdən qaçan özbəklərdən üçü İstanbuldan, 6 nəfər isə Ankaradan deportasiya edilib.

Qaziler.az uznews.uz-a istinadən bildirir ki, Türkiyə və Özbəkistan Daxili İşlər nazirliklərinin birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində dələduzluqda təqsirli bilinərək axtarışda olan 3 Özbəkistan vətəndaşı İstanbulda saxlanılaraq vətənlərinə deportasiya ediliblər.

Söhbət Buxara, Səmərqənd və Nəvai vilayətlərinin 1982, 1992 və 1970-ci il təvəllüdlü sakinlərindən gedir.

Özbəkistanın İstanbuldakı Baş Konsulluğu həmin şəxslərin əməllərindən zərər çəkmiş vətəndaşları Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyi və ya onun ərazi orqanları ilə əlaqə saxlamağa çağırıb.

Bundan başqa, axtarışda olan altı özbək bir reyslə Ankaradan Daşkəndə çatdırılıb.

Onların müxtəlif cinayətlər, o cümlədən insan alveri, külli miqdarda dələduzluq və digər ağır cinayətlər törətdiklərinə görə beynəlxalq axtarışa verildiyi bildirilir.

QAZİLER.AZ