Tramp Macarıstan və Slovakiyanın Rusiya neftini almasından çox narazıdır - Zelenski

Tramp Macarıstan və Slovakiyanın Rusiya neftini almasından çox narazıdır -  Zelenski backend

ABŞ prezidenti Donald Tramp Macarıstan və Slovakiyanın Rusiya neftini almağa davam etməsindən çox narazıdır.

Qaziler.az-ın "RBC-Ukrayna"ya istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Parisdə “həlledici koalisiya”nın görüşündən sonra Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı deyib.

"Tramp Rusiya neftinin Avropa tərəfindən alınmasından çox narazıdır. Biz bilirik ki, bunlar Macarıstan və Slovakiyadır", - Zelenski bildirib.

Eyni zamanda prezident xatırladıb ki, Rusiya Ukraynanın enerji sektoruna, Ukrayna isə cavab olaraq hücuma keçəndə məhz bu iki ölkə Trampa şikayət edib.

QAZİLER.AZ