İran Avstraliya ilə diplomatik münasibətləri kəsir

İran Avstraliya ilə diplomatik münasibətləri kəsir backend

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, İran Avstraliyanın Tehrandakı səfirini ölkədən çıxarır və Kanberra ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salır.

Qaziler.az bildirir ki, RİA “Novosti” bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.

"Diplomatik qanunun müddəalarına uyğun olaraq, Avstraliyanın hərəkətlərinə cavab kimi İran İslam Respublikası Avstraliyanın İrandakı diplomatik mövcudluğunu qarşılıqlı olaraq aşağı salıb. Avstraliya səfiri İrandan çıxarılıb", - Bəqai deyib.

QAZİLER.AZ