Mixail Saakaşviliyə ömürlük həbs cəzası "tikilir"?

Mixail Saakaşviliyə ömürlük həbs cəzası "tikilir"? backend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ömürlük həbs oluna bilər.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu fərziyyəni parlamentin spikeri Şalva Papuaşvili xüsusi istintaq komissiyasının işinin yekunları üzrə irəli sürüb.

Onun sözlərinə görə, "əvvəlki rejim çoxsaylı cinayətlərdə və ölkəyə və onun vətəndaşlarına qarşı yönəlmiş hərəkətlərdə günahkardır".

460 səhifəlik hesabat 2004-2012-ci il hadisələrini əhatə edir və Saakaşvilinin özünün və o dövrün yüksək vəzifəli şəxslərinin, həmçinin Vahid Milli Hərəkat partiyasının fəaliyyətini araşdırır.

Saakaşvili hazırda 9,5 il həbs cəza çəkir, lakin daha bir neçə işə hələ də məhkəmədə baxılır.

QAZİLER.AZ