Türkiyənin Sivas bölgəsinin Zara rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam edir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Bozkır kəndinin Bağça kəndi yaxınlığındakı meşəlik ərazidə hələ məlum olmayan səbəblərdən yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürmə, Meşə Təsərrüfatı Müdirliyi və jandarma qrupları gəlib.
Yanğınsöndürənlər yanğını söndürmək üçün səylərini davam etdirirlər.
QAZİLER.AZ