Türkiyənin Kastamonu-Karabük sərhədində baş verən iki meşə yanğınının söndürülməsi üçün işlər davam edərkən, təxliyyə edilən kəndlərin sayı 9-a çatıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Karabükün Eflani rayonunda bazar günü başlayan və Kastamonu Araç rayonunun Güzelce kəndinə çatan yanğınla Araç rayonu Akgeçit kəndinin Karasu məhəlləsində dünən başlayan yanğınla qurudan və havadan mübarizə aparılır.
Yanğınsöndürənlərin gecə boyu quru əməliyyatları həyata keçirməsindən sonra helikopter dəstəyi səhər saatlarında başlayıb.
Yanğınla 39 maşın, üç helikopter, beş su tankeri, 17 su maşını, üç ilkin müdaxilə maşını və 182 canlı qüvvə mübarizə aparır.
Yanğınlarla əlaqədar Güzelce, Akgeçit, Kızılören, Ahatlar, İhsanlı, Şiringüney kəndlərindən 437 nəfər təxliyə edilib, 496 baş iribuynuzlu və xırdabuynuzlu heyvan təhlükəsiz ərazilərə daşınıb.
QAZİLER.AZ