Rusiyanın Tulun şəhərinə qar yağıb - VİDEO

Rusiyanın Tulun şəhərinə qar yağıb - VİDEO backend

Rusiyanın İrkutsk vilayətinin Tulun şəhərinə qar yağıb.

Qaziler.az xəbər verir ki, yerli sakinlərin çəkdiyi görüntüləri “Babr Mash” teleqram kanalı paylaşıb.

"Tuluna qış gəldi. Gecə şəhəri pis hava bürüdü: əvvəlcə yağış yağdı, sonra dolu, bəzi yerlərdə isə küçələri qar və buz örtdü”, - nəşr yazır.

Qeyd olunur ki, yağıntı hələ məhsulunu yığmayanlara ziyan vurub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar yollarda tıxac yaranıb.

Məlumatda qeyd olunub ki, avqustun 19-da İrkutsk vilayətində mövsümün ilk qarı qeydə alınıb. Rayon mərkəzindən təxminən 200-300 km aralıda yerləşən Zalari və Balaqanski rayonlarından görüntülər internetdə yayılıb.

QAZİLER.AZ