Tokayev Xəzər dənizində yaranan fəlakətlə bağlı xəbərdarlıq edib

Tokayev Xəzər dənizində yaranan fəlakətlə bağlı xəbərdarlıq edib backend

Xəzər dənizinin dayazlaşması ilə bağlı vəziyyət ekoloji fəlakətə gətirib çıxarır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib.

"Xəzər dənizi ətrafında vəziyyət acınacaqlıdır. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır", - Qazaxıstan prezidenti deyib.

O, ŞƏT iştirakçılarının diqqətini bu problemə cəlb etmək qərarına gəlib. Tokayev Xəzər dənizi ilə bağlı vəziyyəti nəzarətdə saxlamaq üçün qurumun himayəsi altında Astanada Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib.

Bundan əlavə, Qasım-Jomart Tokayev 2026-cı ilin aprelində Astanada BMT-nin tərəfdaşlığı ilə regional ekoloji sammitin keçiriləcəyini elan edib və gələn il ŞƏT-in 25-ci ildönümünü qeyd edəcəyini xatırladıb.

QAZİLER.AZ