Almaniyalı deputatlar dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi məsələsinə açıq olduqlarını bəyan ediblər. Söhbət Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 210 milyard avrosundan gedir.
Qaziler.az bildirir ki, bu barədə Almaniyanın "Tagesschau" nəşri məlumat yayıb.
Kiyevdə səfərdə olan Bundestaqın iki koalisiya fraksiyasının liderləri - XDİ/CSU-dan Yens Şpan və Almaniya Sosial Demokrat Partiyasından (SPD) Matias Mrş müvafiq bəyanatla çıxış ediblər.
Mirş vurğulayıb ki, Avropa ölkələri arasında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, indi “bütün variantlar masa üzərindədir”.
QAZİLER.AZ