Rusiyalılara sentyabrın 1-dən evdə 33 növ vəhşi heyvan saxlamaq qadağan edilib

Rusiyalılara sentyabrın 1-dən evdə 33 növ vəhşi heyvan saxlamaq qadağan edilib backend

Sentyabrın 1-dən rusiyalılara evdə 33 növ vəhşi heyvan saxlamaq qadağan edilib.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

Siyahıya bəzi sürünənlər, suda-quruda yaşayanlar, məməlilər, quşlar, balıqlar və digər heyvanlar da daxil olmaqla 33 növ heyvanın daxil edildiyi bildirilir. Onlar təhlükəli ola bilər və ya xüsusi saxlama şəraiti tələb edə bilər.

Məsələn, ruslara bəzi zəhərli ilanları, xüsusən kral kobrasını, həqiqi və yalançı kobraların bütün növlərini, 4 m-dən uzun pitonları, gürzələri və bir çox başqalarını saxlamaq qadağandır. Siyahıya ayı, canavar, hiyena itləri, müxtəlif növ vaşaqlar, pumalar və çitalar kimi iri yırtıcılar da daxildir.

QAZİLER.AZ