Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 4-də Parisdə Avropa liderləri ilə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.
Zelenski ilə Avropa liderləri arasında "biz belə bir görüşü planlaşdırırıq" deyən mənbə bildirib və əlavə edib ki, ABŞ prezidenti Donald Trampın orada iştirakı "hələ gözlənilmir".
Mənbə bildirib ki, Paris danışıqlarının əsas mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları və “rusiyalılar yenidən müharibəyə son qoymaq səylərindən yayındığı üçün diplomatiyanın inkişafı” olacaq.
QAZİLER.AZ