Türkiyənin Dənizli bölgəsinin Buldan rayonunda 4 gündür davam edən meşə yanğınının söndürülməsi işlərinə 14 təyyarə yenidən dəstək verməyə başlayıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, avqustun 29-da Aydının Buharkent rayonunun Kızıldere məhəlləsində başlayan və Dənizlinin Buldan rayonunun Çatak məhəlləsi, Gölbaşı və Bölmekaya məhəllələrinə yayılan meşə yanğınına qarşı tədbirlər gecə boyu davam edib.
Meşə yanğınının dördüncü günündə ekipajlar hələ də alovun qarşısını almaq üçün mübarizə aparırlar.
Yanğını söndürmək üçün gecə boyu yorulmadan çalışan quru yanğınsöndürmə qruplarına havanın işıqlaşmasından sonra 1 təyyarə və 13 helikopter dəstək verməyə başlayıb.
İntensiv hava və yerüstü əməliyyatlarda 137 su maşını, 12 texnika, 74 ilkin müdaxilə maşını və 871 nəfər şəxsi heyət iştirak edir.
QAZİLER.AZ
