Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 622-yə çatıb - YENİLƏNİB

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 622-yə çatıb -  YENİLƏNİB backend

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

Apa xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

***

09:38

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Apa "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***

07:42

Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.

Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb.

***

06:34

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

Apa xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.