Ermənistanın baş naziri Nikol Paşinyan ictimai asayişi pozub.
Qaziler.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komissiyası məlumat yayıb.
Nəşrin verdiyi xəbərə görə, qurumun siyasətçinin sosial şəbəkələrdəki paylaşımları ilə bağlı sualları olub.
Xüsusilə, komissiya mayın 30-dan etibarən “Facebook”da dərc olunanlarla maraqlanıb. Paylaşımlarda Davranış Məcəlləsinin 48-ci maddəsinin pozulduğu müəyyən edilib.
QAZİLER.AZ