Özbəkistanda yeddi sıfır olan telefon nömrəsi fantastik qiymətə satılıb

Özbəkistanda yeddi sıfır olan telefon nömrəsi fantastik qiymətə satılıb backend

Özbəkistan Respublika Əmtəə və Xammal Birjası yeddi sıfırı olan telefon nömrəsinin satışı üzrə hərracın başa çatdığını elan edib.

Qaziler.az bildirir ki, bu barədə uznews.uz məlumat yayıb.

Avqustun 8-də +998 91 0000000 telefon nömrəsi 500 milyon som start qiyməti ilə satışa çıxarılıb.

Yeddi gün sonra "qızıl" nömrə fantastik qiymətə satılıb. Belə ki, avqustun 15-də nömrənin 850 milyon soma (114 min 750 manat - red.) satıldığı məlum olub.

QAZİLER.AZ