Türkiyədə dəhşətli qəza: 3 ölü, 6 yaralı

Türkiyədə dəhşətli qəza: 3 ölü, 6 yaralı backend

Türkiyənin Ərzincan vilayətində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərzincan-Sivas yolunun Kızıldağ yaxınlığında iki avtomobil toqquşub.

Ətrafdakıların 112 Təcili Zəng Mərkəzinə məlumat verməsindən sonra hadisə yerinə jandarma, polis və tibb işçiləri sövq edilib.

Qəzada 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Təcili yardım maşını ilə Refahiyə Dövlət Xəstəxanasına çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Bir istiqamətdə bağlanan magistral prosedurlar tamamlandıqdan sonra yenidən açılıb.

QAZİLER.AZ