Türkiyənin Ərzincan vilayətində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərzincan-Sivas yolunun Kızıldağ yaxınlığında iki avtomobil toqquşub.
Ətrafdakıların 112 Təcili Zəng Mərkəzinə məlumat verməsindən sonra hadisə yerinə jandarma, polis və tibb işçiləri sövq edilib.
Qəzada 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Təcili yardım maşını ilə Refahiyə Dövlət Xəstəxanasına çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.
Bir istiqamətdə bağlanan magistral prosedurlar tamamlandıqdan sonra yenidən açılıb.
QAZİLER.AZ
