Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı Hatayın Hassa, Antakya və Yayladağ rayonlarında baş verən yanğınların tamamilə nəzarət altına alındığını, Mersinin Silifke və Anamur rayonlarında isə yanğınların böyük ölçüdə nəzarət altına alındığını açıqlayıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı sosial şəbəkədə meşə yanğınları ilə bağlı məlumat verib.
Hatay və Mersində baş verən yanğınların nəzarət altına alındığını açıqlayan nazir Yumaklı, "Yaşıl Vətənimizi müdafiə etməyə və yorulmadan alovlarla mübarizəyə davam edirik", - dedi.
"Hatayın Hassa, Antakya və Yayladağ rayonlarında baş verən yanğınlar tamamilə nəzarət altına alınıb. Mersinin Silifke və Anamur rayonlarında baş verən yanğınlar nəzarət altına alınıb. Soyutma işlərimiz davam edir".
Nazir Yumaklı: "Yanğın riskinin yüksək olduğu bu günlərdə daha da diqqətli olaq. Gələcəyimizi birlikdə qoruyaq" xəbərdarlığını etdi.
QAZİLER.AZ