Ryazan vilayətinin Şilovski rayonunun Lesnoy kəndində zavodun barıt sexində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı ilkin olaraq 98 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 15-də “İzvestiya”nın mənbəsi bildirib.
15.05
Rusiyanın Ryazan vilayətində "Elastik" zavodunda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 15-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Onun sözlərinə görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.
Ryazan vilayətinin Şilovski rayonunda zavodda partlayış baş verib. Daha sonra müəssisələrdən birində fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üçün qərargah yaradılıb. Bütün zərərçəkənlər rayon xəstəxanasına göndərilib. İlkin məlumata görə, beş nəfər ölüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaşayış sektoru üçün təhlükə yoxdur.
QAZİLER.AZ