Rusiya hərbçiləri Donetskin Aleksandroqrad kəndini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 15-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Fəal və qətiyyətli hərəkətlər nəticəsində "Vostok" qoşun qruplaşmasının bölmələri Donetskdə Aleksandroqrad kəndini "azad edib"", - nazirlik qeyd edib.
Beləliklə, qəsəbə tamamilə Rusiya Federasiyasının nəzarətinə keçib.
Son bir həftə ərzində Rusiya Ordusu Donetskin Şerbinovka, Yablonovka, Lunaçarskoye, Suvorovo, Nikanorovka və İskra yaşayış məntəqələrini də işğal edib.
“Həftə ərzində hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, 27 idarə olunan hava bombasını, ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin 20 raketini, iki uzaqmənzilli “Neptun” idarə olunan raketini və 2134 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, - məlumatda deyilir.
QAZİLER.AZ