Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək backend

"Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm".

Apa xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib.

Overçuk görüşün Rusiyada olacağını deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu mövcuddur və bu qurum Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının doqquzuncu bəndinin icrası üzərində çalışır, habelə kommunikasiyaların açılması ilə bağlı bütün incə məqamları ətraflı müzakirə edib.

"Üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərin həllində tərəflərin nə qədər irəlilədiyini bilməkdə maraqlıyıq. Bəzi nüanslar Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarına, ilk növbədə, dəmir yolu kommunikasiyalarının inkişafı baxımından təsir göstərir. Ona görə də həmin nüansların tapılıb-tapılmadığını eşitməkdə çox maraqlı olacağıq. Əgər bütün bu məsələlər həll olunubsa, biz bunu hesablamaların texniki-iqtisadi əsaslandırma müstəvisinə çevirməli, bu layihələrin iqtisadi tərəflərinə nəzər salmalı və blokun açılması ilə məşğul olmalıyıq. Amma yenə də bunun üçün, əlbəttə ki, Ermənistan və Azərbaycanla əldə etdiyimiz və yekunlaşdırdığımız qarşılıqlı fəaliyyət çərçivəsində üçtərəfli səylər tələb olunacaq", - Overçuk əlavə edib.