Ukrayna müdafiə qüvvələri Rusiya limanına zərbələr endirib: İranın sursatları məhv edilib

Ukrayna müdafiə qüvvələri Rusiya limanına zərbələr endirib: İranın sursatları məhv edilib backend

Ukraynanın müdafiə qüvvələri Rusiyanın "Olya" limanına zərbələr endirib: İrana məxsus hərbi sursatlar məhv edilib

Ukrayna Silahlı Qüvvələri Həştərxan vilayətində (Rusiya) "Olya" dəniz limanına hücum edərək, pilotsuz uçuş aparatların komponentləri və İrana məxsus döyüş sursatı daşıyan gəmini məhv edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat avqustun 14-də Əlahiddə Ümumqoşun Ordusunun bölmələri tərəfindən Müdafiə Qüvvələrinin digər bölmələri ilə birgə həyata keçirilib.

"Mövcud məlumatlara görə, "Şahed" tipli PUA-nın komponentləri və İrandan gələn sursatla yüklənmiş "Port Olya 4" gəmisi vurulub. Zərbənin nəticələri dəqiqləşdirilir", - Baş Qərargah qeyd edib.

Hərbçilər həmçinin əlavə edib ki, rusiyalılar “Olya” limanından İrandan hərbi malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə edirlər.

QAZİLER.AZ