Türkiyənin Balıkesir bölgəsində yerli vaxtla saat 18:07-də Sındırgı rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin episentri Balıkesirdə Sındırgı rayonunda olan 4 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Zəlzələnin 6,52 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
QAZİLER.AZ