Volqoqrad hava limanında təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 14-də Rosaviatsiya nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Volqoqrad hava limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o, Telegram kanalında yazıb.
Korenyakonun sözlərinə görə, uçuşların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir.
QAZİLER.AZ