“Çeçen mücahidlər Türkiyə prezidenti və dünya müsəlman xalqların lideri Rəcəb Tayib Ərdoğandan əmr gözləyirlər”. Strateq.az xəbər verir ki, “Çeçen İçkeriya Cümhuriyyəti cəbhəsi” adlı qruplaşmanın dünən yaydığı yazılı bəyanatda belə deyilir.
Bəyanatda bildirilir ki, Türkiyəyə hədə-qorxu gələn Kadirov və onun tərəfdarları çeçen xalqının iradəsini ifadə etmirlər: “Bu təhdidvari açıqlama Putinin gözünə girməyə çalışan və öz xalqına arxadan zərbə vuran, xain Ramazan Kadirovun düşüncəsinin məhsuludur. Çeçen xalqı çətin anlarda onun yanında olan, kömək əlini uzadan Türkiyənin bu lütfkarlığı unutmayıb. Türkiyə öz mövqeyində haqlıdır və biz Bayır-bucaq türkmənlərinin yanındayıq”.Ekspertlər çeçen mücahidlərin bu bəyanatını Rusiyanı daxildən zəiflətmək planının yenidən işə salındığının ilk siqnalı kimi qiymətləndirirlər.