Rusiya ordusu Donetskin daha iki yaşayış məntəqəsini işğal edib

Rusiya ordusu Donetskin daha iki yaşayış məntəqəsini işğal edib backend

Rusiyanın “Mərkəz” qoşun qrupunun bölmələri Donetsk vilayətinin Suvorovo və Nikanorovka yaşayış məntəqələrini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə avqustun 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz qoşun qruplaşmasının bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində 2Donetsk Xalq Respublikası"nın Suvorovo və Nikanorovka yaşayış məntəqələri "azad edilib"”, - idarənin Teleqram kanalında yayılan məlumatda deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin itkiləri 385-dən çox hərbçi təşkil edib.

"Bundan əlavə, son 24 saat ərzində Mərkəz qoşun qrupu bir piyada maşını,  altı zirehli maşını, bir yük maşını və bir artilleriya qurğusunu məhv edib", - məlumatda deyilir.

QAZİLER.AZ