Rusiyanın İtaliya və Böyük Britaniyadakı keçmiş səfiri vəfat edib

Rusiyanın İtaliya və Böyük Britaniyadakı keçmiş səfiri vəfat edib backend

Rusiyanın İtaliya və Böyük Britaniyadakı keçmiş səfiri Anatoli Adamişin vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Sizə təəssüflə bildiririk ki, istefada olan fövqəladə və səlahiyyətli səfir, 1934-cü il təvəllüdlü Adamişin vəfat edib”, - diplomat bildirib.

Adamişin 40 il Xarici İşlər Nazirliyində işləyib. Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda rəsmi nekroloq dərc edəcək.

QAZİLER.AZ