Naməlum şəxslər Obninskdəki sinaqoqa "molotov kokteyli" atıblar.
Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərində naməlum şəxslər "molotov kokteyli" ilə sinaqoqu yandırıblar.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə avqustun 13-də Rusiyanın baş ravvininin mətbuat xidməti Berl Lazar məlumat verib.
“2025-ci il avqustun 12-dən 13-nə keçən gecə Kaluqa vilayətinin Obninsk şəhərində naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər”, - məlumatda deyilir.
Binaya ən azı üç "molotov kokteyli" atıldığı, nəticədə sinaqoqun girişinin zədələndiyi qeyd olunuir.
QAZİLER.AZ