Gürcüstanın hakim partiyası növbəti dəfə Ukraynanın müharibə nəticəsində dağılmış şəhərlərinin görüntülərindən istifadə edib. Onlar seçki reklamında göstərilib.
Hakim “Gürcü Arzusu” partiyası Ukraynadakı dağıntıların görüntülərinin yer aldığı seçki çarxı yayımlayıb.
Qaziler.az bildirir ki, video partiyanın rəsmi “Facebook” səhifəsində yerli hakimiyyət orqanlarına seçkilərlə bağlı yayımlanıb.
Video başlıq ilə müşayiət olunur: Ukraynadan çəkilmiş kadrların nümayiş olunduğu solda “Müharibəyə yox!” sözləri, var, sağda isə "Sülh seçin!" yazılıb.
Videonun altında "Gürcüstan üçün sülh - Tiflis üçün daha xeyirli" yazısı da yerləşdirilib.
"Gürcüstanın sülhü - Tbilisi üçün daha xeyirli", - materialın təsvirində deyilir.
Qeyd edək ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək.Hakim “Gürcü arzusu” partiyası 64 bələdiyyənin hamısında qalib gələcəyini vəd edib.
QAZİLER.AZ