Tambov sakini terror hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Tambov sakini terror hazırlamaqda şübhəli bilinərək saxlanılıb backend

Rusiyanın Tambov vilayətində terrorçuluqda şübhəli bilinən yerli sakin saxlanılıb.

Qaziler.az bildirir ki, TASS Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir

Agentliyin məlumatına görə, o, bütün Rusiya ərazisində qanunsuz aksiyalar planlaşdırırdı. Ölkədə qadağan olunmuş terror təşkilatına qoşulan şəxs işə cəlb etmə və sui-qəsd üsulları üzrə xüsusi təlim keçib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tambov vilayəti üzrə əməkdaşları əməliyyat-istintaq tədbirləri zamanı 1980-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşının qanunsuz fəaliyyətini müəyyən edərək dayandırıblar", - məlumatda deyilir.

QAZİLER.AZ