İzmirdə meşə yanğını olub

İzmirdə meşə yanğını olub backend

Türkiyənin İzmir şəhərinin Buca rayonunda mikroavtobusda baş verən və meşəlik əraziyə keçən yanğınla havadan və qurudan mübarizə aparılır.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki,  İzmir-Çeşmə magistral yolu ilə hərəkət edən mikroavtobusda hələ məlum olmayan səbəbdən yanğın baş verib. Alov magistral yola bitişik meşəlik əraziyə keçib.

Yanğın Bayraklı çimərliyindən də görünüb.

Xəbər verildikdən sonra əraziyə İzmir Meşə Regional Müdirliyindən 4 təyyarə, 2 helikopter, 15 su maşını, iki ağır texnika və 99 personal göndərilib. Onlar yanğına müdaxilə edirlər.

Yanğının nəzarət altına alınması istiqamətində işlər davam edir.

QAZİLER.AZ